İyulun 20-də 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Mərkəzdə ənənəvi olaraq “ABAD Food Hall” təşkil edilib.
Sumqayıt “ABAD Food Hall” sayca 6-ci sərgi-satış salonudur. Burada "ABAD"çılar tərəfindən qeyri-sənaye üsulu ilə hazırlanmış qida məhsulları təqdim olunacaq.
Xatırladaq ki:
- İmişli “ABAD Food Hall” 2018-ci il 22 oktyabr;
- Şəki “ABAD Food Hall” 2018-ci il 29 oktyabr;
- Şamaxı “ABAD Food Hall” 2019-cu il 5 dekabr;
- Kürdəmir “ABAD Food Hall” 2020-ci 12 fevral;
- Ağcabədi “ABAD Food Hall” isə 2020-ci il 3 iyun tarixində fəaliyyətə başlayıb.