İyulun 29-da Birləşmiş Meksika Ştatlarının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodrigo Labardini Floresin Quba
rayonuna səfəri baş tutdu. Səfər çərçivəsində
səfir və onun nümayəndə heyəti həmçinin Quba “ABAD Factory”nin fəaliyyəti ilə yaxından
tanış olublar.
Səfirin diqqətinə çatdırılıb ki, “Quba ABAD Factory”
İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə
verilib. Ancaq uzun illər istismar olunması nəticəsində yararsız vəziyyətə düşüb.
Daha sonra isə ikimərtəbəli binada “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in
dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılıb və müasir avadanlıq quraşdırılıb.
Nəticədə ən müasir formada təmirli bina yaradılıb, eyni zamanda ən müasir avadanlıqlar
yerləşdirilib.
İkimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan müasir
istehsalat kompleksində “ABAD”çılar 5 istehsal sahəsi üzrə fəaliyyət göstərir. Bura
quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.
İstehsal kompleksində yaradılmış şərait və iş prinsipi ilə tanış
olan səfir mərkəzə gələcək fəaliyyətində uğurlar arzulayıb.