6 avqust tarixində Passage 1901 sərgi salonunda keçirilən festivalda “ABAD” publik hüquqi şəxs öz sərgi-satış stendi ilə iştirak edib və “ABAD”çılar tərəfindən dulusçuluq, vitraj, təkəlduz istiqamətlərində master klasslar keçirilib. Festival müddətində “ABAD”çı məhsulları sərginin yerli və xarici ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, ailə bizneslərinə və sənətkarlara öz məhsullarını nümayiş etdirməklə daha geniş platformalara çıxış imkanı qazandırmaq məqsədi daşıyan festival Alman-Azərbaycan Xarici Ticarət Palatası və Plovdiv Ticarət və Sənaye Palatasının birgə tərəfdaşlığı çərçivəsində “EU4Business: Connecting Companies” təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilib və festivalın ilk mərhələsi 20-24 iyul tarixlərində Bolqarıstanın Plovdiv şəhərində baş tutub.