“ABAD” publik hüquqi şəxs "Teknofest Karadeniz" tədbirində "ABAD"çıların əl əməyi göz nuru əl işlərindən ibarət stendi ilə təmsil olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktara “ASAN xidmət” pavilyonu barədə ətraflı məlumat verib.
Pavilyonda “ABAD”çı məhsulları ilə yanaşı Dövlət Agentliyinin müxtəlif qurumlarının və struktur bölmələrinin - “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin, “YAŞAT” Fondunun, ASAN Radionun, “İnnovasiyalar Mərkəzi”nin innovativ məhsul və həlləri nümayiş olunur.
Bundan başqa, “ASAN xidmət” pavilyonunda "Kibergigiyena platforması", "Əşya tanıma" və "Söz oyunu" müsabiqələri keçirilir.
Müsabiqələrdə qalib gələn şəxslərə də "ABAD"dan hədiyyələr təqdim olunur.