Sentyabrın 2-də Şəkidə “ASAN Həyat kompleksi”nin daxilində “ABAD” publik hüquqi şəxs və Şəki “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə sərgi təşkil olunub.
Burada “ABAD”çı sənətkarların əl işləri, eləcə də regionda fəaliyyət göstərən “ABAD”çıların istehsal etdiyi qida məhsulları nümayiş olunaraq onların satışı həyata keçirilib.
Sərgidə “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı iştirak edərək, region sakini olan “ABAD”çılarla da görüş keçirib.
Sərgidə həmçinin Şəki şəhər icra hakimiyyəti başçısının müavini Elman İmamverdiyev, Şəki “ASAN xidmət” mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Bəhruz Nəsibov və digər qonaqlar iştirak edib.
Qeyd edək ki, indiyədək Şəki-Zaqatala iqtisadi rayonundan “ABAD” sıralarına 80 sahibkar (ABAD-çı) qoşulub.