19 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin və ölkəmizdə
səfərdə olan Özbəkistan Respublikası İnnovasiyaların İnkişafı Nazirliyinin və
tabeliyində fəaliyyət göstərən qurumların rəhbər şəxslərindən ibarət nümayəndə
heyəti arasında görüş keçirilib.
Görüşün əsas məqsədi Özbəkistan dövlət qurumları ilə
effektiv dövlət xidmətlərinin göstərilməsi mövzüsunda təcrübə mübadiləsi və
müvafiq istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Qonaqlara “ABAD” publik hüquqi şəxsin yaradılması məqsədləri
və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki,
mikro, kiçik və orta sahibkarlığın inkişafı baxımından “ABAD” modelinin
yaradılması ilə bir çox nailiyyətlər əldə olunub.
Qonaqlara “ABAD”ın həyata keçirdiyi fəaliyyət, layihələr, həmçinin
məhsullar barədə təqdimat edilib.