“ABAD”ın tərəfdaşlığı ilə Azərbaycanın dahi rəssamı Əzim Əzimzadəyə həsr olunan “Bakı Dizayn Festivalı” keçirilib. Festival Graphic Design Azerbaijan qrupu və Rəsul Həsənin təşkilatçılığı ilə 24 sentyabr 2022- ci il tarixində EGP Arenada baş tutub.
Festival çərçivəsində müxtəlif yaradıcılıq stendləri, art instalyasilar sərgilənib. Festivala gənc rəssamlarla yanaşı xalq rəssamları və digər tanınmış mədəniyyət işçiləri də qatılıb.
Hər zaman milli mədəniyyətə və incəsənətə öz töhfələrini verən “ABAD” publik hüquqi şəxs bu Festivalda tərəfdaş qismində iştirak edib.
Belə ki, festivalda iştirak edən 11 qazi dizaynerə “ABAD” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
Qeyd edək ki, ölkəmizdə ilk dəfə keçirilmiş Dizayn Festivalının əsas məqsədi yaradıcı şəxslər arasında fikir mübadiləsini təmin etmək, dizayn sahələrinə olan marağı artırmaq, yeni dizayn sahələrini təbliğ etmək və gənc sənətkarların öz potensial imkanlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.