AQSİA – Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən Bakıda keçirilən “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Üfüqdə Yeni Fürsətlər: Qadın Sahibkarlara Yaşıl İşıq” adlı V Forum çərçivəsində Qazaxıstan Respublikasının İşgüzar Xanımlar İttifaqının 20-dən artıq üzvü Bakıya səfər edib.
Səfər zamanı ittifaqla tərəfdaşlıq münasibəti quran “ABAD” publik hüquqi şəxs və ittifaqın nümayəndə heyəti arasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu ərazisində yerləşən “ABAD” etno-butikində görüş baş tutub. Geniş təqdimat keçirilib, işgüzar xanımların sualları cavablandırılaraq, fikir mübadiləsi aparılıb.
Bundan başqa, görüş əsnasında “ABAD” modelinin Qazaxıstan Respublikasında tətbiqi barədə geniş müzakirələr aparılıb.