7 dekabr 2022-ci il tarixində “ABAD” publik hüquqi şəxs və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) arasında növbəti görüş keçirilib.
Görüş zamanı iki qurum arasında davamlı əməkdaşlıq yüksək dəyərləndirilib və atılacaq növbəti addımlar planlaşdırılıb. Əsas müzakirə mövzusu isə Agentliyin Mərkəzi Asiya ölkələrini əhatə edən “Bir kənd, bir məhsul” adlı layihəsi və bu layihənin “ABAD” publik hüquqi şəxs vasitəsi ilə Azərbaycanda tətbiqi ilə bağlı imkanlar olub.
Əlavə olaraq isə, təcrübə mübadiləsi istiqamətində gələcək addımların atılması imkanları müzakirə olunub.
Qeyd edək ki, bundan öncə iki qurumun əməkdaşlığı çərçivəsində 2018 və 2019-cu illərdə “ABAD” publik hüquqi şəxsin nümayəndələrinin Yaponiyaya təlim səfərləri baş tutub. Bundan başqa 2020-ci ildə “ABAD” Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin elan etdiyi “Kiçik Qrant Layihələri” müsabiqəsində iştirak edərək öz layihəsi ilə qalib seçilmişdir.