“ABAD” publik hüquqi şəxsin əməkdaşları mütəmadi
olaraq öz potensiallarını, bilik və bacarıqlarını inkişaf etdirmək məqsədi ilə
müxtəlif yerli və beynəlxalq təlim proqramlarında iştirak edir. Bu günədək, əməkdaşlarımız
Çin, Yaponiya, Şimali İrlandiya Birləşmiş Krallığı, Xorvatiya, Bolqarıstan,
Portuqaliya, Mərakeş, İtaliya və s. kimi ölkələrdə keçirilən müxtəlif təlim
proqramları və seminarlarda iştirak ediblər.
Növbəti
belə bir təhsil səfəri “Hindistan Texniki və İqtisadi Əməkdaşlıq” (ITEC)
proqramı çərçivəsində Hindistanın Noida şəhərində yerləşən Jaipura İdarəçilik
İnstitutuna baş tutub. “ABAD” publik hüquqi şəxsin Dekorativ-tətbiqi xalq sənətkarlığı
departamentinin layihə meneceri Rəşad Mütəlibov 9-27 yanvar 2023-cü il tarixlərində
“Kiçik və Orta Sahibkarlıq Müəssisələrində liderlik DNT-sinin ortaya
çıxarılması” mövzusunda təlimdə iştirak edib. Təlimdə Azərbaycanla birgə,
Argentina, Rusiya Federasiyası, Tacikistan, Şri-Lanka da daxil olmaqla 18 ölkədən
nümayəndə iştirak edib.
Təlimlər
çərçivəsində Rəşad Mütəlibov tərəfindən “ABAD” publik hüquqi şəxs və onun fəaliyyət
istiqamətləri barədə səfər heyətinə ətraflı təqdimatlar keçirilib.
Səfərin
son həftəsində iştirakçılar UNESCO Ümumdünya Mədəni İrs siyahısına daxil olan
Tac Mahal və digər möhtəşəm memarlıq abidələri ilə tanış olublar.