2 mart 2023-ci il tarixində Bakı Konqress Mərkəzində Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü işə başlayıb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə yanaşı 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və s. qatılıblar.
“ABAD” publik hüquqi şəxs bu tədbirdə xüsusi sərgi stendi ilə təmsil olunur. Görüş müddətində stendin qarşısında xarici ziyarətçilərə milli dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri, o cümlədən xalçaçılıq, misgərlik, zərgərlik, oymaçılıq, dulusçuluq, rəngkarlıq, dabbaqlıq və s. haqqında geniş məlumat verilib.