× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
"ABAD" etno-butikində "Ənənəvi Novruz" festivalı keçirilib
17.03.2023
"ABAD" etno-butikində "Ənənəvi Novruz" festivalı keçirilib

16 mart tarixində artıq ənənəyə çevrilmiş və tarixi Haci Bani hamamında yerləşən “ABAD” etno-butikində növbəti “Ənənəvi Novruz” adlı festival keçirilib.

“ABAD” tərəfindən sənətkarların əl işlərinin satışının həyata keçirilməsi məqsədilə yaradılmış etno-butiklərin ən birincisi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində 2017-ci ilin Novruz bayramı ərəfəsində təşkil edilib. Məhz o zamandan İçərişəhər etno-butikində “ABAD” tərəfindən Novruz bayramının qeyd edilməsi bir ənənəyə çevrilib.

Hər il olduğu kimi bu il də interaktiv festivalda qonaqlara meydan tamaşaları, rəngarəng oyunlar (yumurta döyüşü, papaqqapdı və s.), qədim el sənətləri, xalq mahnıları və rəqsləri, Novruz şirniyyatları, ustad dərsələri, Novruz falları nümayiş olunub. Eləcə də “ABAD”ın bir neçə yenilikləri təqdim olunub: "Leyli və Məcnun" milli mebel kolleksiyası, milli motivli geyim kolleksiyası, yeni "ABAD"çıların məhsulları və s.

Bundan başqa bu ilin yeniliklərindən biri olan dekorativ xoruz döyüşdürmə oyunu da xüsusi marağa səbəb olub. Döyüşün qalıbləri isə “ABAD”dan suvenir hədiyyələr qazanıblar.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar