İyunun 13-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan Bakıda dünya mədəni irsi abidələrindən sayılan İçərişəhərdə olublar. Qoruğda olan birinci xanımlar həmçinin burada fəaliyyət göstərən “ABAD” publik hüquqi şəxsin etno-butikinə təşrif buyurublar.
Əminə Ərdoğan və Mehriban Əliyevanın diqqətlərinə çatdırılıb ki, “ABAD” etno-butiki tarixi Hacı Bani hamamında yerləşir. Hamam XV əsrin abidəsidir. 2017-ci ildə burada TİKA, PAŞA Holding və SOCAR-ın dəstəyi ilə təmir-bərpa işləri aparıldıqdan sonra elə həmin ilin 18 mart tarixində “ABAD”ın ilk etno-butiki fəaliyyətə başlayıb.
Etno-butikdə “ABAD”çılar tərəfindən dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında hazırlanmış suvenir, mebel və qida məhsulları satışa çıxarılır.
Qeyd edilib ki, hazırda 560-dan çox sənətkarın on minlərlə məhsulu burada təqdim olunur.
Sonda hər iki xanıma sənətkar-“ABAD”çıların adından əl işi milli suvenirlər hədiyyə edilib.
Görüşdən sonra, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan “ABAD” haqqında bu sözləri qeyd edib:
“TİKA”nın desteğiyle faaliyete geçirilen Aile Hazinesi’ne Akan Destek Merkezi’ni (ABAD) inceleyerek, yetkililerden bilgi aldım.Proje ile Azerbaycan’da geleneksel el sanatları yaşatılıyor, dünyaya tanıtılıyor ve aile ekonomisine katkı sağlanıyor.Emek emek işlenmiş eserlerin her birine hayranlık duymamak elde değil. Hem ülkenin hem de Türk kültürünün markalaşması adına bu projeyi hayata geçiren herkesi gönülden tebrik ediyorum.”