Azərbaycanın zəngin turizm potensialına malik bölgələrindən
biri olan Şəkinin turizm xəritəsində yeni ünvan: “Art Hotel by ABAD Guest”.
Bu Qonaq Evi sıradan bir mehmanxana deyil, burada qonaqlama
sənətkarlığın bir parçası olmaq deməkdir. Çünki hotel “ABAD” Keramika və Tətbiqi
Sənət Mərkəzinin birinci mərtəbəsində təşkil edilib. Həmçinin bu Mərkəzin Şəki
şəhər “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunda, Şərq memarlığının incisi
hesab olunan Xan Sarayı kompleksinə daxil olan binada yerləşməsi butik hoteli
tarixin də bir parçası olduğunu özünün hər bir daşında duyurur.
Qonaq Evi Şərq üslubunda dizayn edilmiş 8 nömrədən ibarətdir,
ümumi olaraq burada 20 nəfərədək qonağın yerləşdirmək imkanı var. Hər nömrə
sanitar qovşağı və digər zəruri infrastrukturla təmin olunub.
Qonaqlar üçün həmçinin sənətkarlıq emalatxanalarında
duluşçuluq və keramika üzrə ustad dərslərindən yararlanmaq xidmətinə xüsusi
endirimlər olacaq. Bundan başqa, burada qış mövsümü üçün restoran və yay
mövsümü üçün açıq terras təşkil olunub.
Qeyd edək ki, “Art Hotel by ABAD Guest” Qonaqlama Evi “ABAD” publik hüquqi şəxsin “Turizm” istiqaməti çərçivəsində fəaliyyətə başlayan ilk qonaq evidir. Hotel çox yaxın zamanda qonaqların aktiv qəbuluna start verəcək.