Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində
“Heydər Əliyev İli” və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü münasibətilə
təşkil edilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” Qlobal Forumu keçirilib.
Üç gün davam edən Forumda “ABAD” publik hüquqi
şəxs məhsullarından ibarət qida və sənətkarlıq stendləri ilə təmsil olunub. Əl
işi olan “ABAD”çı məhsulları yerli və xarici qonaqlar tərəfindən böyük maraqla
qarşılanıb.
Qeyd edək ki, Foruma yerli və xarici media
nümayəndələri, eyni zamanda, ekspertlər olmaqla 49 ölkədən 150 xarici qonaq, o
cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat
və media qurumu qatılıb.