7 sentyabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində sosial
xidmətlər sahəsində “DOST 2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi
üçün vahid platforma” adlı beynəlxalq konfrans keçirilib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin
anadan olmasının 100 illiyi, habelə DOST Agentliyinin yaradılmasının 5 illiyi
münasibətilə baş tutub.
“ABAD” publik hüquqi şəxs bu konfrasda xüsusi sərgi və məlumatlandırıcı
stendi ilə təmsil olunub. Əl işi olan “ABAD”çı məhsulları yerli və xarici
qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.