× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Avstraliya mediasında
23.10.2023
Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Avstraliya mediasında

Avstraliyada nəşr olunan və keramika aləmində böyük nüfuza sahib olan İncəsənət və Humanitar Sitatlar İndeksli (AHCI) “Ceramics: Arts + Perception” jurnalında Azərbaycanda Keramika Sənəti və “ABAD” haqqında geniş məqalə dərc olunub.

Məqalə Süleyman Dəmirəl Universiteti Tətbiqi Keramika və Araşdırma Mərkəzinin Rəssamlıq Fakültəsi - Keramika və Şüşə kafedrasının müdiri, Dosent Serap Ünal tərəfindən hazırlanıb.

Serap Ünal 2019-cu il may ayının 21-i Şəki "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində baş tutmuş "Təbiətdən Tarixə" adlı Keramika üzrə ilk Beynəlxalq Simpoziumun ayrılıqda 15 ölkəni təmsil edən 25 iştirakçısından biri olub. O, həm Azərbaycan və həm də “ABAD” barədə yaranan yüksək təəsüratlarını jurnalın 121-ci nəşrində yayımlanan məqaləsində ətraflı şəkildə ifadə edib.

Qeyd edək ki, Avstraliyada nəşr olunan bu jurnalın təsisçisi və naşiri Janet Mansfilddir. Jurnal oxuculara keramika ilə bağlı üç müxtəlif yanaşmanı - elmi, texniki və yaradıcı – təqdim etməklə yanaşı keramika sənəti üçün olduqca vacib olan yeni anlayışların, problemlərin, tənqidi şərhlərin akademiklərdən, peşəkar yazıçılardan və sənət tənqidçilərindən oxuculara çatdırılması üçün geniş platforma yaradıb.

Məqalə ilə burada tanış ola bilərsiniz.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar