“ABAD” publik hüquqi şəxs və Ədliyyə Nazirliyinin Penitensiar xidməti birgə iş birliyinə start verdilər.
İş birliyinin məqsədi məhkumların islah prosesinin təkmilləşdirilməsi, peşə biliklərinin artırılması, ictimai faydalı əməyə cəlb olunması, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpası, yeni sahələrin yaradılmasıdır.
İlkin mərhələ olaraq 2023-cü il oktyabrın 31-i “ABAD” publik hüquqi şəxsin əməkdaşları 4 və 15 saylı cəzaçəkmə müəssisələrinə baş çəkərək orada yaradılmış yeni istehsalat sahələri ilə tanış olublar, məhkumların əl işlərinə nəzər yetiriblər.
Görüşün yekunu olaraq məhkumların əl işlərinin “ABAD” etno-butiklərində satışa çıxarılması mövzuları müzakirə olunub.