× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
“ABAD” Xəzər Rayonu sahibkarları ilə daha sıx əməkdaşlıq edəcək
20.12.2023
“ABAD” Xəzər Rayonu sahibkarları ilə daha sıx əməkdaşlıq edəcək

19 dekabr 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin inzibati binasında “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi mövzusunda iclas keçirilib.

İclasda RİH başçısının I müavini Elşən Qurbanov, RİH başçısının müavini Əfsar Mirzəliyev, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev, “ABAD” publik hüquqi şəxsin direktor müavini Vüsal Arzumanlı, departament müdirləri, RİH başçısı Aparatının şöbə müdirləri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyə sədrləri və digər məsul şəxslər iştirak edib.

Görüşü giriş sözü ilə açan RİH başçısının I müavini sahibkarlığın inkişafı istiqamətində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin prinsip və ənənələrinin bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini vurğulayaraq, ötən illər ərzində həyata keçirilən layihələr haqqında görüş iştirakçılarına məlumat verdi. Elşən Qurbanov həmçinin “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqindən də söz açdı.

Görüşdə iştirak edən “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev bildirib ki, “ABAD”ın fəaliyyəti Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, mikro, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməyə istiqamətlənib. Bundan başqa o, görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş layihələr haqqında geniş məlumat verib.

Tədbir daha sonra qarşılıqlı fikir mübadiləsi və sual-cavab şəklində davam etdirilib.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar