“ABAD” publik hüquqi şəxsdə 600-cü sahibkar "ABAD"çı adını qazandı.
Yubilyar “ABAD”çı dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində çalışan Bakı şəhər sakini Həsənov Elnur Ağanəzər oğludur.
O, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. Müxtəlif muzeylərdə çalışıb, sərgi, salon və festivallarda rəngkarlıq və metal instalyasiya üzrə əsərlərini dəfələrlə nümayiş etdirib.
Elnur Həsənov "ABAD” sıralarına keramika məshulları ilə qoşulub. O, hazırda Bakı, Naxçıvan, Şəki və s. regionları da daxil olmaqla Azərbaycanda tarixi abidələrin ümumi maket istehsalını həyata keçirir. Azad edilmiş torpaqlarda vandalizmə məruz qalan abidələrin orijinal versiyasının maketlərini yaratmaqda onun mühüm rolu var.
600-cü “ABAD”çı 7 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən “ABAD” etno-butikində qurumun direktor müavini Vüsal Arzumanlı tərəfindən sertifikat ilə təltif edilib. Burada həmçinin Elnur Həsənovun tarixi abidələrindən ibarət olan kolleksiyasının nümayişi baş tutub.
Yeni “ABAD”çımıza fəaliyyətində uğurlar arzulayırıq.