11 aprel 2024-cü il tarixində Tatarstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə "Tatarıstan Respublikasının Şəhərsalma İnstitutu" Fondunun rəsmi nümayəndələri “ABAD” publik hüquqi şəxsin qonaqları olublar.
Daimi nümayəndənin müavini İsmayıl Akmeyev, Şəhərsalma İnstitutu Fondunun direktoru Nailə Zinnatulina və Fondun Xüsusi layihələr departamentinin müdiri Zilya Qaripova üçün “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğu ərazisində yerləşən “ABAD” etno-butikində qurumun geniş təqdimatı keçirilib, qonaqların sualları cavablandırılaraq, fikir mübadiləsi aparılıb.
Dekorativ-tətbiqi xalq sənətkarlığının inkişafı ilə maraqlanan nümayəndələrin diqqətinə çatdırılıb ki, sahibkarlığın bu istiqamətinin inkişafı baxımından “ABAD” modelinin yaradılması ilə bir çox nailiyyətlər əldə olunub.