× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
Argentinanın səfiri “Quba ABAD Factory”nin qonağı olub
14.05.2024
Argentinanın səfiri “Quba ABAD Factory”nin qonağı olub

Mayın 14-də Argentina Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Marianxeles Belluşinin Quba rayonuna səfəri baş tutub. Səfər çərçivəsində səfir və onun nümayəndə heyəti həmçinin Quba “ABAD Factory”nin fəaliyyəti ilə yaxından tanış olublar.

Qonaqların diqqətinə çatdırılıb ki, “Quba ABAD Factory” İstehsalat Kompleksinin yerləşdiyi bina 1956-cı ildə “Mədəniyyət evi” qismində istifadəyə verilib. Ancaq uzun illər istismar olunması nəticəsində yararsız vəziyyətə düşüb. 2018-ci ildə isə “ABAD” publik hüquqi şəxs tərəfindən “Paşa Holding”in dəstəyi ilə əsaslı şəkildə təmir-bərpa işləri aparılaraq burada müasir avadanlıqlarla təchiz edilmiş istehsalat kompleksi yaradılıb.

İkimərtəbəli, ümumi sahəsi 1500 kvadratmetrə yaxın olan istehsalat kompleksində “ABAD”çılar beş istehsal sahəsi üzrə fəaliyyət göstərir. Bura quru meyvələr, kompot, qənnadı, süd və ət məhsulları daxildir.

İstehsalat kompleksində yaradılmış şərait və iş prinsipi ilə tanış olan səfir həmçinin burada hazırlanan qida məhsullarından dadaraq “ABAD”a gələcək fəaliyyətində uğurlar arzulayıb.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar