24 may 2024-cü il tarixində Bakı şəhərinin ən avanqard art məkanlarından biri olan SPACE13-də "Nargis Magazine" jurnalı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin birgə təşkil etdiyi “Force of Love” festivalına start verilib.
“ABAD” publik hüquqi şəxs bu festivalda öz sərgi-satış stendi ilə təmsil olunur. Burada zərgərlik, taxta üzərində oyma, dulusçuluq, rəngkarlıq, toxuma və s. “ABAD”çı məhsulları qonaqlar tərəfindən böyük maraqla qarşılanır.
Festivalda o cümlədən bir çox maraqlı ustad dərsləri, təqdimat və performanslar nümayiş olunur.
Qeyd edək ki, festival mayın 25-dək davam edəcək.