Oksford Universitetinin Blavatnik Dövlət Məktəbinin akademik sillabusunun (tələbələrin sərbəst işinin təşkili üçün tədris-metodik proqram) tərkib hissəsi olan Beynəlxalq İqlim Danışıqları – COP29 simulyasiyası baş tutub. Tədbirdə tələbələr və heyət üçün Azərbaycanın mədəniyyətini təqdim etmək məqsədilə “ABAD”ın sənətkarları tərəfindən hazırlanmış məhsullardan ibarət guşə yaradılıb.
İki gün ərzində (10-11 iyun) davam edən simulyasiyalarda iştirakçılar Azərbaycan mədəniyyəti, “ABAD” milli suvenirləri və təamları ilə yaxından tanış olublar.
Təşəbbüs Oksford Universitetinin tələbəsi Ləman Əhmədova tərəfindən irəli sürülüb.