24 iyul 2024-cü il tarixində “ABAD” publik hüquqi şəxs və “R Group Holding” MMC arasında görüş keçirilib.
Görüşdə Azərbaycanda fermer və aqro sahəsində satış kanallarının inkişafı ilə bağlı aktual məsələlər müzakirə edilib.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların “ABAD” sayəsində təsərrüfatlarını inkişaf etdirməklə geniş bazarlara çıxışı barədə danışıb. “R Group Holding” MMC-nin icraçı direktoru Əbdül Əliyev isə fermerlər üçün, onların məhsullarının tanıtımı məqsədi ilə şirkətin yeni texnoloji həllərini təqdim edərək, bu sahədə bazar iştirakçıları üçün daha münbit şəraitin formalaşması və satışların daha rahat şəkildə həyata keçirilməsi istiqamətində səmərəli nəticələrin əldə oluna biləcəyini qeyd edib.
Bundan sonra iki qurum arasında konkret tematik məsələlər üzrə birgə layihə və təşəbbüslərin həyata keçirilməsi məqsədi ilə müvafiq müzakirələr davam etdirilib. Görüş “ABAD”çılar tərəfindən hazırlanan xatirə hədiyyəsinin təqdim olunması ilə yekunlaşıb.