25 iyul 2024-cü il tarixində “ABAD” publik hüquqi şəxs və “Medical Media” rəhbərliyi arasında görüş keçirilib. Tanıtım xarakteri daşıyan bu görüşdə hər iki qurumun təqdimatı keçirilib.
Səhiyyə, o cümlədən təbii məhsul, düzgün qidalanma, sağlam yaşayış tərzi və s. kimi sahələrdə qarşılıqlı araşdırmaların əhəmiyyətini vurğulayaraq iki qurum arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.Həmçinin “ABAD”ın rəsmi nümayəndələri üçün Səhiyyə TV studiyalarına infotur təşkil olunub. Tur zamanı təkliflər səsləndirilib, müzakirə edilən məsələlər üzrə qarşılıqlı razılıq əldə olunub.
Görüş “ABAD”çılar tərəfindən hazırlanan xatirə hədiyyəsinin təqdim olunması ilə yekunlaşıb.