Oktyabrın 17-si Füzuli Şəhəri Günü kimi qeyd olunur.
Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Bu gün münasibətilə Füzuli şəhərində təntənəli tədbir keçirilib.
Tədbir çərçivəsində “ABAD” publik hüuqi şəxs öz xüsusi sərgi stendi ilə təmsil olunub. Dekorativ-tətbiqi xalq sənətkarlığının müxtəlif texnikalarında işlənilmiş “ABAD” məhsulları rəsmi qonaqlar, yerli və xarici ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.
Həmçinin Füzuli şəhəri sakinləri üçün “ABAD” tərəfindən dulusçuluq, rəngkarlıq və vitraj sənətləri üzrə ustad dərsləri təşkil edilib.