“ABAD”
publik hüquqi şəxsin azad olunmuş torpaqlarda yaşayan sakinləri ilə görüşləri
davam edir.
15 oktyabr 2024-cü il tarixində Şuşa şəhərində “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyevin yerli sakinlər ilə görüşü baş tutub.
Görüş
çərçivəsində qurumun fəaliyyətinə dair təqdimat nümayiş etdirilib. Bundan əlavə sözügedən ərazilərdə biznesin
inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və
digər dəstək mexanizmləri, həmçinin yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın
təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırıılıb.
Təqdimat
sual-cavab sessiyası ilə yekunlaşıb.
Tədbirdə
“ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar. Onların “ABAD”a
qoşulmaları istiqamətində müvafiq proseslər ən yaxın zamanda həyata
keçiriləcəkdir.
Görüşdə
Şuşa rayonu üzrə xüsusi nümayəndəliyin, İqtisadiyyat Nazirliyinin, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də
iştirak ediblər.