“ABAD”
publik hüquqi şəxsin azad olunmuş torpaqlarda yaşayan sakinləri ilə görüşləri
davam edir.
16
oktyabr 2024-cü il tarixində “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət
Elçiyevin başçılığı ilə rəsmi nümayəndə heyətinin Laçın şəhərində işğaldan azad
olunmuş ərazilərdə yaşayan yerli sakinlər ilə görüşü baş tutub.
Lacinema
kinoteatrında baş tutmuş bu görüş çərçivəsində qurumun fəaliyyətinə dair təqdimat
nümayiş etdirilib. Bundan əlavə sözügedən ərazilərdə biznesin inkişafı üçün
dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək
mexanizmləri, həmçinin yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın təklif
etdiyi unikal dəstək proqramı diqqətə çatdırıılıb.
Təqdimat
sual-cavab sessiyası ilə yekunlaşıb.
Tədbirdə
“ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar. Onların “ABAD”a
qoşulmaları istiqamətində müvafiq proseslər ən yaxın zamanda həyata keçiriləcəkdir.
Görüşdə
Laçın rayonu üzrə xüsusi nümayəndəliyin, İqtisadiyyat Nazirliyinin, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də
iştirak ediblər.
Görüşdən
sonra “ABAD” publik hüquqi şəxsin rəsmiləri Laçın şəhərində, “Gilabi Ceramics”
adı altında fəaliyyət göstərən “ABAD”çının emalatxana və satış məntəqəsinə də
baş çəkiblər. Burada hazırlanan əl işləri ilə daha yaxından tanış olublar.