4 dekabr 2024-cü il tarixində Nardaran “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində "ABAD" publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Sərkan Kayalar arasında görüş keçirilib.
Görüş çərçivəsində TİKA-nın
sosial layihələrə dəstəyi nəticəsində "ABAD"a məhsulların daşınması
üçün xüsusi nəqliyyat vasitəsi təqdim edilib.
Görüşdə, həmçinin TİKA Mərkəzi
Asiya və Qafqaz Departamentinin rəhbəri Ali Özgün Öztürk və TİKA Bakı Proqram
Koordinatoru Hayrettin Özçelik də iştirak edib.
Görüş zamanı
"ABAD" ilə TİKA arasında davam edən uğurlu əməkdaşlıq və birgə həyata
keçirilən layihələr müzakirə olunub. Rüfət Elçiyev TİKA tərəfindən göstərilən dəstəyə
görə təşəkkürünü bildirib, bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə
ümid etdiyini vurğulayıb.
TİKA-nın sədri Sərkan Kayalar isə "ABAD"ın fəaliyyətini
yüksək qiymətləndirdiyini və müvafiq istiqamətlər üzrə davam edən əməkdaşlıqdan
məmnunluğunu ifadə edib.
Qeyd edək ki, 2017-ci ildən etibarən “ABAD” və TİKA sıx əməkdaşlıq
edir. Bu tərəfdaşlıq çərçivəsində İçərişəhər “ABAD” etno-butiki TİKA-nın da dəstəyi
ilə təmir olunmuş, həmçinin Nardaran "ABAD" Keramika və Tətbiqi Sənət
Mərkəzi TİKA tərəfindən zəruri mal-material və avadanlıqlarla təchiz
edilmişdir.