× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçılar əlverişli güzəştli kreditlərdən bəhrələnir
06.03.2018
ABADçılar əlverişli güzəştli kreditlərdən bəhrələnir

Martın 6-da Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs və “Azər-Türk Bank” ASC arasında birgə əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

Niyyət Protokoluna əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsini təmin edəcək, “Azər-Türk Bank” ASC həmin kreditləri illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla sahibkarlara çatdırılmasında müvəkkil bank kimi çıxış edəcək, “ABAD” publik hüquqi şəxs isə maliyyələşdirilmiş layihələr hesabına əldə olunmuş məhsulun marketinqinin həyata keçirilməsində sahibkarlara köməklik göstərəcəkdir.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu iqtisadi siyasəti ölkədə özəl bölmənin inkişafına və sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına təkan verib.

Şirzad Abdullayev İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, ölkədə sahibkarlığın inkişafına dövlət dəstəyi göstərən maliyyə institutlarından biri olan İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti dövründə 34600-dən çox sahibkarın ümumi dəyəri 4,5 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2,1 milyard manatdan artıq güzəştli kredit verilib. Verilmiş kreditlərin 75%-i respublikanın regionlarının, 25%-i isə Bakı qəsəbələrinin payına düşür. Maliyyələşdirilmiş layihələrin 90%-ni isə kiçik həcmli kreditlər təşkil edir. SKMF-nin əsas fəaliyyət istiqamətlərindən biri də sahibkarların maarifləndirilməsidir. Fond tərəfindən indiyədək 48 mindən çox sahibkarın iştirak etdiyi 362 işgüzar forum keçirilib.

Bu gün imzalanan Niyyət Protokolu üzrə birgə əməkdaşlığın üstünlüklərini qeyd edən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev “ABAD”çıların investisiya layihələrinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilməsinin yaratdığı əlavə imkanları, özəl sektorun, o cümlədən kiçik və orta sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.
“ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev “ABAD”ın məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, qurum kiçik və orta sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılması, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirir. “ABAD” mərkəzlərində ailə təsərrüfatlarının formalaşdırılması və inkişaf etdirilməsi üzrə texniki, biznes-konsaltinq, maliyyə, marketinq, logistika və satışın təşkili, brendinq, dizayn və hüquqi yardım üzrə dəstək mexanizmləri tətbiq olunur. “ABAD”çıların istehsal etdiyi məhsulların sertifikatlaşdırılması “bir pəncərə” prinsipi üzrə aparılır.

Tədbirdə çıxış edən “Azər-Türk Bank” ASC-nin İdarə Heyətinin Sədri Orxan Hüseynov bildirib ki, bu gün imzalanan Niyyət Protokolu üzrə nəzərdə tutulmuş layihələrin maliyyələşdirilməsində müvəkkil bank olaraq, “ABAD”çıların investisiya layihələrinə illik faiz dərəcəsi 4%-dən artıq olmamaqla güzəştli kreditlər veriləcək, birgə əməkdaşlıq “ABAD”ın fəaliyyətinin daha da genişlənməsinə öz tövhəsini verəcəkdir.
Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına “Azər-Türk Bank” ASC tərəfindən ət və meyvə emalı, misgərlik, əl işləri və digər sahələrlə məşğul olan 12 sahibkara 150 min manat dövlətin güzəştli kreditləri verilib.

Sonda tədbir iştirakçıları “ABAD”çıların istehsal etdiyi məhsulların sərgisi ilə tanış olublar. Sərgi ziyarətçilər tərəfdən maraqla qarşılanıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “ABAD” publik hüquqi şəxs ilə birlikdə belə layihələrin maliyyələşdirilməsini davam etdirəcəkdir.

ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar