16 avqust 2018-ci il tarixində İsrail Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stavın başçılıq etdiyi diplomatik nümayəndə heyəti “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə yaxından tanış olub. “ABAD”ın direktoru Rüfət Elçiyev qonaqları qarşılayaraq onlara ABAD-ın strategiyası, məqsədləri və fəaliyyəti haqqında geniş məlumat verib.
Görüş zamanı nümayəndə heyəti “ABAD”çıların əl işləri və istehsal etdikləri qida məhsulları ilə 3 saylı Bakı “ASAN xidmət” mərkəzində yerləşən “ABAD” butiki vasitəsi ilə tanış olublar.
Cənab səfir “ABAD”ın ölkədəki kiçik və orta sahibkarlığın inkişafındakı müstəsna əhəmiyyətini vurğulamış və gələcək əməkdaşlıq üçün hər tərəfli imkanların olduğunu qeyd edərək “ABAD”a gələcək fəaliyyətində uğurlar arzuladı.