“ABAD” (Ailə Biznesinə Asan Dəstək) “Azerbaijan Technologies” şirkəti ilə 22 sentyabr 2018-ci il tarixində birgə tədbir keçirib.
Tədbirin keçirilməsində məqsəd “Azerbaijan Technologies” şirkətinin korporativ sosial məsuliyyət yönümlü layihələrinin növbəti əməkdaşlığıdır. Əməkdaşlıq çərçivəsində 50 ABADçıya (“ABAD”ın dəstək proqramına qoşulmuş ailə təsərrüfatları, sənətkarlar) sosial şəbəkələrdə öz məhsullarını daha geniş təbliği üçün keyfiyyətli şəkillər çəkməyə və təqdimatlar hazırlamağa imkan verən smartfonlar hədiyyə edilib.
Qeyd edək ki, “Azerbaijan Technologies” şirkəti kompüter və bank avadanlığının ən böyük distribyutorlarından biri kimi müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmiş 20 illik
müvəffəqiyyətli təcrübəyə malikdir.