Noyabrın 8-i “ABAD” publik hüquqi şəxs tərəfindən Quba “ABAD Factory” İstehsalat Kompleksinə media nümayəndələri üçün press-tur təşkil olunub.
“ABAD”ın direktoru Rüfət Elçiyev Kompleksin məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, “loft” stilində "Paşa Holdinq"in dəstəyi ilə restavrasiya edilən Kompleksdə 5 istehsalat sahəsi üzrə məhsullar hazırlanır.
Qonaqlara quru meyvə, qənnadı, kompot, süd və ət məhsullarının istehsalat prosesi haqqında geniş məlumat verilib.
Daha sonra media nüməyəndələri həmçinin "Paşa Holdinq"in dəstəyi ərsəyə gələn “Gastro Village” layihəsinin “food truck”-ları və Quba rayonunda yerləşən “ABAD” Məktəbinin fəaliyyəti ilə yaxından tanış olublar.
Sonda media nümayəndələrinə “ABAD”ın təşəbbüsü ilə başlayan 9 noyabr Azərbaycan Respublikası Bayraq Gününə həsr olunmuş “Yeni bir ənənə - bayraqlar hədiyyə” adlı aksiya haqqında məlumat verilib.