"ABAD" publik hüquqi şəxsinin Sənəd dövriyyəsi, hüquq və kadrlar departamentinin müdiri Vüsal Arzumanlı Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) "Gənc liderlər üçün kiçik va orta biznesin (sahibkarlığın) inkişafı və təşviqi" kursunda iştirak edib.
Kurs zamanı "ABAD" modeli təlim iştirakçılarına təqdim edilib.
Qeyd edək ki, təlimlər 24 oktyabr - 10 noyabr tarixlərində Yaponiyanin ən böyük prefekturalarından sayılan Hokkaydo prefekturasının mərkəzi olan Sapporo şəhərində keçirilib.