× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Sürayyə Rzayeva | Region: Bakı | Xalçaçılıq
Sürayyə Rzayeva
Xalçaçı sənətkar Sürayyə Rzayeva Bakı şəhərinin Nardaran qəsəbəsindən “ABAD”a müraciət edib.

40 ilə yaxındır ki, xalçaçılıqla məşğul olan sənətkarın sözlərinə görə, bu sənəti ilk dəfə ailəsində öyrənib:

“Bacılarım xalçaçılıqla məşğul olublar, elə mən də gözümü açandan bibimi xalça toxuyan görmüşəm. Bu sənət həm bizim nəsildə inkişaf etdirilib, həm də özümün şəxsi marağım var idi. Ali məktəbə daxil ola bilməyəndə çox kədərlənmişdim, lakin xalçaçılıq sənətini öyrənməyə başlamağımla özümü yalnız bu sahədə gördüm. İllər sonra isə xalçaçılıq üzrə təhsil də aldım”.

Sürayyə Rzayevanın hazırladığı suvenir xalçalarda sakit rənglər, xüsusilə də ağ rəngin çalarları daha çox alır.

“ABAD”a müraciətindən danışan sənətkarın sözlərinə görə, gələcəkdə göstərilən dəstək sayəsində tələbələr hazırlamaq istəyir:

“İstəyirəm ki, onlar bu sənəti seçdikləri üçün peşman olmasınlar. “ABAD”ın dəstəyi sayəsində əl işlərini sata bilsinlər, gəlir götürsünlər və bu sənəti özlərindən sonrakı nəsillərə ötürsünlər”.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar