× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol
ABADçı: Tavus Tağıyeva | Region: İsmayıllı | Xalçaçılıq
Tavus Tağıyeva
Azərbaycan xalq sənətkarlığının şah əsərlərindən olan xalçaçılığı yaşadanlardan biri də İsmayıllı rayonunun Lahıc qəsəbəsinin sakinləri olan Tağıyevlər ailəsidir. Ailənin nümayəndəsi, Tavus Tağıyeva 7-8 yaşlarından xalçaçılıq sənəti ilə məşğuldur.

Orta məktəbi bitirdikdən sonra Tovuz xanım Lahıc qəsəbəsində fəaliyyət göstərən xalçaçılıq emalatxanasına fəaliyyətə başlayıb.

50 ildən artıq bu sənətlə məşğul olan Tavus Tağıyeva qeyd edir:

“O vaxtlar hər bir qız xalça toxumağı öyrənməli idi. Qonşuluğumuzda yaşayan Həlimə xanımın xalça toxuma dəzgahı var idi. Mən həmişə onun xalça toxumağını seyr edərdim. Bu işə bacarığımın olduğunu görən Həlimə xanım bu sənəti mənə dərindən öyrətməyə başladı”.

Hazırda Tavus Tağıyeva qədim Azərbaycan xalçalarından götürülmüş elementlər əsasında kiçik xalça nümunələri toxuyaraq onları suvenir kimi satır.

Məhz bu məqsədlə o, xalçaçılıq sahəsində ailə biznesini qurmaq, bu sahədə daha böyük dəstək almaq üçün ABAD ailəsinə qoşulub.

Bu gün ABAD tərəfindən dəstək göstərilən Tağıyevlər ailəsinin əl işləri, suvenir xalçalarını “ABAD” sənətkarlıq mərkəzlərindən əldə etmək olar.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar