ABADçı: Məhəmməd Xurtunov | Region: Balakən | Ağac üzərində oyma

Balakən rayonunun Qullar kənd sakini olan Məhəmməd Xurtunov taxta oymaçılıq sənəti ilə məşğuldur.
Bu sənəti babasından öyrənən Məhəmməd bəy 22 yaşından etibarən oymaçı kimi peşəkar fəaliyyət göstərir.
O, taxtadan müxtəlif şamdanlar, fiqurlar, o cümlədən mebel aksessuarları hazırlayır.
Məhəmməd bəy hazırladığı əl işlərini öz imkanları daxilində satır. Lakin satış bazarının kiçik olması onun öz biznesini inkişaf etdirməsinə daim mane olub.
“ABAD”a qoşulmaqla, sənətkar təkcə satış bazarı ilə bağlı çətinliklərini həll etməyib. O, həmçinin turistlər tərəfindən maraqla qarşılanan suvenirlər hazırlamaq üçün “ABAD”dan dizayn dəstəyi alır.
Balakənli sənətkarın əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.