× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Saimat Kaibxanova | Region: Bakı | Dekorativ - tətbiqi sənət
Saimat Kaibxanova Saimat Kaibxanova Saimat Kaibxanova Saimat Kaibxanova Saimat Kaibxanova Saimat Kaibxanova Saimat Kaibxanova

1965-ci ildə Bakı şəhərində anadan olan Saimat Kaibxanova uşaq yaşlarından iynə-sap, parça və rənglərin sehri ilə böyüyüb. Onun uşaqlıq illəri nənəsinin toxuduğu xalçaların naxışlarını izləməklə keçirib. O, bu sənətə heyran idi və daim qəlbində bu gözəlliyi daha çox insana təbliğ etmək arzulayıb.

Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində təhsil almasına baxmayaraq, Saimat xanım tikmə sənətindən uzaqlaşmadı. Çünki bu, onun üçün sadəcə bir hobbi deyil, daxili yaradıcı ruhunun təzahürü idi.

Uzun illərin təcrübəsi və tikmə sənətinə olan dərin vurğunluq Saimat Kaibxanovanı bu sahədə öz biznesini qurmağa ilham verdi. O, qohumu və ən yaxın dostu Kamilə Quliyeva ilə bir araya gələrək, ortaq maraqları olan tikmə sənəti və xalça naxışlarını daha fərqli bir formatda hazırlayıb təqdim etmək məqsədilə işə başladılar.

Beləliklə Saimat xanım xalça sənətindən ilhamlanaraq tikmə naxışlarla hazırlanan ipək yaylıqlar, çantalar, geyim aksesuarları və ev dekorları hazırlamağa başladı. İstifadə olunan xalça naxışları, Azərbaycan xalçaçılığının incəliklərini və zəngin tarixini özündə cəmləşdirən Lətif Kərimovun “Azərbaycan xalçası” kitabından götürülür. Bu naxışlar həm tarixi, həm də mədəni əhəmiyyəti ilə xüsusi bir dəyər daşıyır.

Saimat Kaibxanova hazırladığı məhsullarının satış kanallarını genişləndirmək və daha geniş auditoriyaya çatması üçün “ABAD”a müraciət edərək qeydiyyatdan keçib. Hazırda onun məhsulları “ABAD” etno-butiklərində satışdadır.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar