ABADçı: Abduləli Muradov | Region: Balakən | Ağac üzərində oyma
Balakən rayonu sakini Abduləli Muradov 10 ildən çoxdur ki, musiqi alətləri hazırlayır.
“ABAD” tərəfindən dəstəklənən sənətkar taxta üzərində oymaçılıq sənətinə böyük diqqət ayırır.
O, böyük musiqi alətləri hazırlamaqla yanaşı, turistlər tərəfindən böyük maraqla qarşılanan kiçik milli musiqi alətlərinə də xüsusi önəm verir.
Abduləli bəyin əl işləri arasında tar, saz, kamança kimi milli musiqi alətlərinin kiçik suvenirləri diqqəti cəlb edir. Bu alətlər öz orijinallığı ilə fərqlənir.
Sənətkarın sözlərinə görə, o, taxta oymaçılıq sənətini bütün dünyada tanıtmaq istəyir və bu məqsədlə “ABAD”a müraciət edib.
“ABAD” sənətkarın məhsullarının satışını təşkil etməklə yanaşı, ona taxta oymaçılıqla bağlı müəyyən dizaynlar da təklif edib.
Abduləli Muradovun hazırladığı milli suvenirlər artıq “İçərişəhər”də “ABAD” sənətkarlıq mərkəzində satışa çıxarılıb.