× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

Daha 5 ABADçı ailəsinin qida məshulları satışa çıxarıldı

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid qida məhsulları satışa çıxarılıb. Belə ki, artıq yeni və yüksək keyfiyyətli qida məhsulları “Bravo” hipermarketləri və orada fəaliyyət göstərən “ABAD” Bakaleyalarında öz alıcılarını gözləyir: Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları; Niftəliyevlər ailəsinin “Baharat” pendiri; Məmmədlilər ailəsinin badımcan kürüsü; Səbzəliyevlər ailəsinin qara zirə yağı; Cəfərovlar ailəsinin alma qurusu. Yeni ət və süd məhsulları, yəni Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları, Niftəliyevlər ailəsinin “Baharat” pendiri və Cəfərovlar ailəsinin alma qurusu məshulları Quba “ABAD” Factory istehsalat kompleksində istehsal edilir. Badımcan kürüsü isə Məmmədlilər ailəsi tərəfindən Masallı rayonunda hazırlanır. Xatırladaq ki, “ABAD” nişanı altında satışa çıxarılan qida məhsulları texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma yoxlamalarından keçib. Bu məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. “ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.


"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb

Ailə Biznesinə Asan Dəstək (“ABAD”) publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb. Mərasimdə çıxış edən “ABAD” publik hüquqi şəxsin deriktoru Rüfət Elçiyev qurumun əldə etdiyi nəaliyyətlər haqqında danışıb: “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” pilot layihə olaraq 7 təssərüfatçı ailə ilə başladı. Hazırda 336 ABADçı– kiçik və orta sahibkar bizim dəstək proqramına qoşulub. Yaradılan 40-a yaxın qida brendi ölkənin ən iri hipermarketlərində satışdadır. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri “ABAD” etno-butiklərində satışa çıxarılıb.Perspektivdə dəstək istiqamətlərinin sayının çoxalması, ixrac potensialının gücləndirilməsi və ABADçı ailələrinin sayının daha da artması gözlənilir”. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “ABAD” həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi xidmətlər göstərir. Azərbaycanın işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan “Uğur” Milli Mükafatı 2000-ci ildə, ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan “Consulting&Business” jurnalı Azərbaycanda iqtisadçı, siyasətçi, menecerlər və işgüzar şəxslərin məhşur jurnalına çevrilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafında töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə, verilir.  


Aİ, BMTİP və “ABAD” birgə layihə həyata keçirir

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və digər qonaqlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev müvafiq layihənin Balakən rayonunun əhatə dairəsinə daxil olmasından məmnunluğunu ifadə edib. Bildirib ki, 6 inzibati rayonu əhatə edən bu layihə region sakinlərinin məşğulluq və inkişaf potensialının artırılmasında mühüm rol oynayır.Layihənin maliyyə dəstəkçisi olan Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.Layihənin icraçı tərəfdaşı Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai qeyd edib ki, layihə nəinki kiçik ailə müəssisələrinə dəstək verilməsində, o cümlədən vətəndaşların peşə təhsilinin təmin edilməsində böyük əhəmiyyət daşıyır.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “ABAD”ın məqsədləri, fəaliyyəti eləcə də beynəlxəlq sferada əməkdaşlığın müsbət nəticələrindən bəhs edib. Qeyd olunub ki, Şəki-Zaqatala iqtisadi rayonunda həyata keçirilən layihə də öz növbəsində bu regionlarda yaşayan sakinlərin əlavə gəlir mənbəyi əldə etməsi üçün əlverişli imkanlardan biridir.Tədbirin rəsmi hissəsindən sonra nümayəndə heyəti və tədbir iştirakçıları layihənin təqdimatını dinləyib, ABADçılar və onlar üçün yaradılmış şəraitlə yerində tanış olublar.13 dekabr 2017-ci il tarixində imzalanmış layihənin əsas məqsədi Balakəndə “ABAD” regional mərkəzi vasitəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşmasına dəstək verməkdir. Bu çərçivədə Şəki-Zaqatala iqtisadi rayonundan 23-i qadın, 21-i kişi olmaqla, ümumilikdə 44 ailə seçilmişdir ki, bunların da 12-si məcburi köçkün ailəsidir.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar