× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol

Xəbərlər

Tovuzda yeni “ABAD” müəssisələri fəaliyyətə başladı

4 mart 2020-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz “ASAN Həyat” kompleksinin açılışı zamanı kompleks daxilində fəaliyyət göstərəcək yeni “ABAD” müəssisələri ilə də tanış olub.  Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev yeni müəssisələr barədə dövlət başçısına ətraflı məlumat veriblər.Diqqət çəkən yeniliklərdən biri də "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabriki olub. Bildirilib ki, bu Fabrik “Qazax Sement Zavodu” MMC və “Fito Life” MMC-nin dəstəyi ilə 2019-cu ildə inşa edilib. Müasir standartlara cavab verən və ölkəmizdə ilk dəfə tətbiq edilən avadanlıqlarla təchiz edilmiş "Tovuz ABAD Factory" Bitkilərin Emalı və Qurudulması Fabrikinin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirməsinə hədəflənib. Fabrikin ərazisi 3000 m2 təşkil edir. Xammal anbarı, hazır məhsul anbarı, su anbarı, qazanxanası və laboratoriyası var. Fabrikdə 3 istehsal xətti qurulub: -         meyvələrin yuyulması, çeşidlənməsi, emalı, qurudulması və paketlənməsi; -         dərman bitkilərinin yuyulması, çeşidlənməsi, emalı, qurudulması və kisələrə doldurulması; -         emaldan keçmiş dərman bitkilərinin üyüdülərək hazır çay məhsulunun istehsalı. Müasir standartlara cavab verən və Azərbaycanda ilk dəfə tətbiq ediləcək avadanlıqlarla təchiz olunan bu fabrikin fəaliyyəti ölkəmizə həm sosial, həm də iqtisadi faydalar gətirəcək. Belə ki, fabrikdə rəqabətqabiliyyətli, ixracyönümlü 80 adda məhsulun istehsalı nəzərdə tutulur. Mövsümdən asılı olaraq fabrikdə 30-100 yerli vətəndaş çalışacaq ki, bu da öz növbəsində regionda məşğulluğun təmin edilməsinə əlavə töhfə verəcək.Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tovuz “ABAD” regional mərkəzi və Tovuz “ABAD Məktəbi” Təlim Mərkəzinin də fəaliyyəti ilə yaxından tanış olub. Tovuz “ABAD” regional mərkəzi sayca 6-cı “ABAD” mərkəzidir. Digər Mərkəzlərdə olduğu kimi bu mərkəzin də əsas təyinatı Gəncə-Qazax iqtisadi rayon üzrə vətəndaşların ölkəmizin sosial-iqtisadi fəaliyyətində fəal iştirakını təmin etmək və rəqabətə davamlı ailə bizneslərinin, mikro və kiçik sahibkarların formalaşdırılmasına əlavə töhfə verməkdir.İki mərtəbəli mərkəz binası “ABAD” xidmətlərindən yararlanmaq üçün müraciət edəcək vətəndaşlara keyfiyyətli xidmətin göstərilməsi üçün bütün zəruri şəraitlə təmin edilib.Tovuz “ASAN Həyat” kompleksinə daxil olan infrastruktur obyektlərindən biri də "Paşa Holdinq"in dəstəyi ilə təchiz edilmiş “ABAD” publik hüquqi şəxsin növbəti, sayca 4-cü “ABAD” Məktəbidir. Bu məkanda region gənclərinin tikiş, rəssamlıq, turizm, saz musiqi alətinin hazırlanması, informasiya texnologiyaları və aqrar-texniki peşələrə yiyələnmələri üçün lazımi şəraitə malik sinif otaqları mövcuddur.  Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs cənab prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd - Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.


Şəkidə “ASAN Peşə” kurslarını uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunub

“ASAN Peşə” layihəsi çərçivəsində biliklərin və əhalinin məşğulluq səviyyəsinin artırılması, eyni zamanda regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacaq müxtəlif peşələrə sahiblənmək istəyən şəxslər üçün kurslar və təlimlər davam etdirilir.Belə ki, Şəki “ASAN Həyat” kompleksində ABAD təlimçiləri vasitəsi ilə 2019-cu ilin oktyabr və 2020-ci ilin yanvar ayları ərzində müxtəlif yaş kateqoriyasından olan 49 şəxsə (İT üzrə 33 nəfər, bağçılıq üzrə 16 nəfər) həm nəzəri, həm də təcrübi təlimlər keçirilib. Kursları uğurla başa vuran şəxslərə sertifikatlar təqdim olunub.Təlimlər tələbata müvafiq 4 fərqli sahə üzrə aparılır: rəssamlıq, İKT, şahmat və bağçılıq. İştirak üçün yaş məhdudiyyəti yoxdur və təlimlər ödənişsiz şəkildə təşkil olunur."ASAN Həyat" komplekslərində təşkil olunan kurslar ixtisaslı kadrların hazırlanması və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılması məqsədini daşıyır. "ASAN Peşə" mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub.Hazırda təlimlər davam edir. Mütəmadi xarakter daşıyan şahmat təlimləri şahmat haqqında ilkin təsəvvürün yaradılması və lövhə üzərində gedişlərin öyrədilməsi üzərində, rəssamlıq təlimləri rəngləmə, boyama, müxtəlif fiqurların qurulma texnikalarının öyrədilməsi üzərində, bağçılıq təlimləri regiona xas bağçılıq, ipəkçilik, tütünçülük sahələrinin öyrədilməsi üzərində,  İKT sahəsi üzrə təlimlər isə Microsoft Office proqramları (Word, Excel, Powerpoint), Windows əməliyyat sisteminin öyrədilməsi üzərində qurulub. Təlimlər bu ildən daha da genişləndiriləcəkdir.


“ABAD” təqdim edir: “Sevmeli by Tunzale”

Ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafında innovativ dəstək mexanizmi olan “ABAD” yeni ABADçı və onun hazırladığı qida məhsulunu təqdim etdi.Bu dəfə ABADçılar sırasına Azərbaycan Respublikasının xalq artisti Tünzalə Ağayeva qoşuldu. Sənətkar xanım “ABAD”ın dəstəyi ilə təbii məhsullardan istifadə edərək “Sevmeli by Tunzale” brendi altında yüksək keyfiyyətli şokoladlar istehsal edir.ABADçı Tünzalə xanım www.abad.gov.az saytı vasitəsi ilə “ABADçı ol” bölməsində qeydiyyatdan keçib. Seçim mərhələlərini uğurla keçən xalq artisti ABADçı adını qazanaraq öz məhsulunu ABADın dəstəyi ilə istehsal edir.“ABAD” məhsulu olan “Sevmeli by Tunzale” şokoladlarının hazırlanması zamanı qida istehsalı üzrə bütün standart və normalara riayət olunur. Məhsulun istehsalında seçilmiş meyvə quruları və ən keyfiyyətli şokoladdan istifadə olunur. “Sevmeli by Tunzale” məhsulunu “Fairmont Baku, Flame Towers” və İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən “ABAD” etno-butiklərindən əldə edə bilərsiniz.Qeyd edək ki, “ABAD” (Ailə Biznesinə ASAN Dəstək) publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar