“ABAD” XXV Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində təqdim olunur
Mayın 15-i Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi açılıb.Sərgidə “ABAD” publik hüquqi şəxs öz stendi ilə təmsil olunur. Bu il də “WorldFood Azerbaijan 2019”da ABADçı ailələrinin istehsal etdiyi yeni məhsulları eksklyüziv olaraq sərgilənib.Onlar arasında bir neçə çeşiddə pendirlər, badımcan kürüləri, pomidor turşusu, yağlar, meyvə şirələri, kəsmiklər, kolbosalar, meyvə quruları, qara çay və bal məhsulları dequstasiya masasında maraqla qarşılanıb.Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək.Onu da nəzərinizə çatdıraq ki, "ABAD"ın sərgidə iştirakı "Paşa Holdinq"in dəstəyi ilə baş tutub.