× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

“ABAD” və Şəki Regional Elmi Mərkəzi arasında Memorandum imzalandı

1 aprel 2019-cu il tarixində “ABAD” və AMEA-nın Şəki Regional Elmi Mərkəzi (ŞREM) arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair Anlaşma Memorandumu imzalanıb. Memorandum “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev və ŞREM-in direktoru Yusif Şükürlü arasında imzalanıb. Tədbirdə çıxış edən “ABAD”ın direktoru Rüfət Elçiyev iki qurum arasında imzalanan Memorandumun Azərbaycanda mikro kiçik və orta sahibkarların, əsasən də kənd təsərrüfatı və aidiyyəti üzrə müxtəlif peşələrə sahiblənmək istəyən yerli əhalinin, ümumilikdə isə regional iqtisadiyyatın inkişafında mühüm rol oynayacağını vurğulayıb.  Daha sonra ŞREM-in direktoru çıxış edərək bu Memorandum vasitəsi ilə Şəki-Zaqatala iqtisadi rayonunda sənaye və kənd təsərrüfatının daha da inkişaf edəcəyini, elmin qabaqcıl nailiyyətlərini istehsalatda tətbiq etməklə səmərəliliyin artacacağını bildirib. Qeyd edilib ki, memoranduma əsasən, ŞREM Şəki “ABAD” Regional Mərkəzə müraciət edənlər üçün aşağıda qeyd olunan sahələr üzrə təlimçiləri cəlb edəcək: İpəkçilik; Tütünçülük; Bağçılıq; Logistika və texnologiya. Təlim zamanı iştrakçılara metodik təlimatlardan başqa bağçılıq alətlərindən istifadə qaydalarına dair təlim keçiriləcək, laboratoriya ilə təmin olunacaq. ŞREM ərazisi daxilində yerləşən xüsusi əkin zonasında praktiki təlimlərin keçirilməsi, habelə ipəkçilik üzrə təlim alanlar üçün ipək qurdlarına düzgün qulluq qaydaları üzrə tətbiqi kursların təşkili nəzərdə tutulub. Təlimləri uğurla başa vuran iştrakçılara sertifikatlar təqdim ediləcək və ən yüksək nəticələrə sahib olanlar isə növbəti təlimlərdə təlimçi qismində çıxış etmək imkanı qazanacaqlar.


"ABAD" keramika sənəti üzrə beynəlxalq simpozium təşkil edir

Cari ilin may ayının 20-dən iyunun 2-dək Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə “Təbiətdən Tarixə” adlı Beynəlxalq Simpozium keçiriləcək. Tarix boyunca keramika insan məişəti ilə bağlı olub, onun estetik zövqü və dünyagörüşünü ifadə edir. Azərbaycanın bütün ərazisi boyu, xüsusilə də Şəki rayonunda aparılan arxeoloji qazıntılar zamanı bir çox keramika nümunələri və qədim sobalar aşkar olunub. Bu səbəbdən də Azərbaycanda təşkil olunan keramika üzrə ilk böyükmiqyaslı beynəlxalq simpoziumun məhz Şəkidə keçirilməsi təsadüfi deyil."ABAD" publik hüquqi şəxsin təşəbbüsü ilə təşkil olunan “Təbiətdən Tarixə” adlı Beynəlxalq Şəki Keramika Simpoziumun məqsədi müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, mədəni ənənələri gücləndirmək, Simpoziumun iştirakçıları və ziyarətçilərini keramika sənətinin müasir tendensiyaları ilə tanış etməkdir.Simpoziumda xarici sənətkar-keramistlərin iştirakı nəzərdə tutulub. İştirakçılar www.ceramicsymposium.org saytında qeydiyyatdan keçmiş şəxslər arasından seçiləcək."Paşa Holdinq"in dəstəyi ilə təşkil olunan və iki həftə davam edəcək Simpoziumun sonunda iştirakçılarının keramika əsərlərindən ibarət kolleksiya yaradılacaq.Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 2018-ci ilin oktyabr ayının 29-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Qeyd edək ki, “Təbiətdən Tarixə” Simpoziumu burada təşkil olunan ilk beynəlxalq tədbirdir.


Daha 5 ABADçı ailəsinin qida məshulları satışa çıxarıldı

“ABAD” tərəfindən dəstəklənən ailə təsərrüfatlarının istehsal etdiyi yeni çeşid qida məhsulları satışa çıxarılıb. Belə ki, artıq yeni və yüksək keyfiyyətli qida məhsulları “Bravo” hipermarketləri və orada fəaliyyət göstərən “ABAD” Bakaleyalarında öz alıcılarını gözləyir: Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları; Niftəliyevlər ailəsinin “Baharat” pendiri; Məmmədlilər ailəsinin badımcan kürüsü; Səbzəliyevlər ailəsinin qara zirə yağı; Cəfərovlar ailəsinin alma qurusu. Yeni ət və süd məhsulları, yəni Ağasiyevlər ailəsinin “Lyubitelskaya” və “Doktorskaya” kolbasaları, Niftəliyevlər ailəsinin “Baharat” pendiri və Cəfərovlar ailəsinin alma qurusu məshulları Quba “ABAD” Factory istehsalat kompleksində istehsal edilir. Badımcan kürüsü isə Məmmədlilər ailəsi tərəfindən Masallı rayonunda hazırlanır. Xatırladaq ki, “ABAD” nişanı altında satışa çıxarılan qida məhsulları texniki qaydaların tələblərinə uyğun olaraq bütün sertifikatlaşdırma yoxlamalarından keçib. Bu məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir. “ABAD” publik hüquqi şəxsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin təşəbbüsü ilə 23 sentyabr 2016-cı ildə yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verərək, sosialyönümlü layihələrin həyata keçirilməsidir. “ABAD” publik hüquqi şəxsin fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Hazırda qida məhsulları sahəsində satışda 28 brend təqdim olunur.


"ABAD" "Uğur-2018" Milli mükafatına layiq görülüb

Ailə Biznesinə Asan Dəstək (“ABAD”) publik hüquqi şəxs kiçik və orta sahibkarlığın inkişafına verdiyi töhfələrə görə Azərbaycanda ən nüfuzlu biznes mükafatı sayılan “Uğur 2018” Milli Mükafatına layiq görülüb. Mərasimdə çıxış edən “ABAD” publik hüquqi şəxsin deriktoru Rüfət Elçiyev qurumun əldə etdiyi nəaliyyətlər haqqında danışıb: “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. “ABAD” pilot layihə olaraq 7 təssərüfatçı ailə ilə başladı. Hazırda 336 ABADçı– kiçik və orta sahibkar bizim dəstək proqramına qoşulub. Yaradılan 40-a yaxın qida brendi ölkənin ən iri hipermarketlərində satışdadır. Dekorativ-tətbiqi xalq sənətkarlıq nümunələri “ABAD” etno-butiklərində satışa çıxarılıb.Perspektivdə dəstək istiqamətlərinin sayının çoxalması, ixrac potensialının gücləndirilməsi və ABADçı ailələrinin sayının daha da artması gözlənilir”. Qeyd edək ki, “ABAD” publik hüquqi şəxsin yaradılmasında məqsəd - Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir. “ABAD” həmçinin ailə təsərrüfatlarına biznes-planlaşdırma, avadanlıqla təchizedilmə, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım, daşınma, logistika və ən əsası satışın təşkili kimi xidmətlər göstərir. Azərbaycanın işgüzar dairələrində ən nüfuzlu mükafat sayılan “Uğur” Milli Mükafatı 2000-ci ildə, ölkədə iqtisadiyyat, hüquq, özəl sahibkarlığın inkişaf etdirilməsi məsələlərini işıqlandıran aparıcı işgüzar nəşr olan “Consulting&Business” jurnalı tərəfindən təsis edilib. 1996-cı ildən dərc olunan “Consulting&Business” jurnalı Azərbaycanda iqtisadçı, siyasətçi, menecerlər və işgüzar şəxslərin məhşur jurnalına çevrilib. Mükafat fəaliyyət sahəsi üzrə əhəmiyyətli nailiyyətlər əldə etmiş və Azərbaycanın inkişafında töhfə vermiş qurumlara, təşkilatlara, şirkətlərə, verilir.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar