× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABADçı ol

Xəbərlər

Daha bir “ABAD” satış mərkəzi “Fairmont Baku”da fəaliyyətə başladı

“ABAD”ın yeni, sayca 9-cu etno-butiki Bakı şəhərində yerləşən beş ulduzlu hotellərdən biri olan “Fairmont Baku, Flame Towers”da fəaliyyətə başlayıb. Satış mərkəzi xarici qonaqların və yerli sakinlərin Azərbaycan mədəniyyəti nümunələrinə olan marağının və tələbatının təmin edilməsi, ailə təsərrüfatları və dekorativ-tətbiqi xalq sənətkarları tərəfindən istehsal edilmiş məhsulların satışına əlavə dəstək göstərilməsi üçün yaradılıb. Burada ABAD-çıların əl işləri, suvenirlər, həmçinin “ABAD”ın dəstək göstərdiyi ailə təsərrüfatlarının qida brendləri satışa çıxarılıb. Bundan başqa etno-butikdə xüsusi dizaynlı “Azərçay” məhsulları da təqdim olunur. “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs prezident İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabət qabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.


“ABAD” I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları sərgisində təqdim olunur

20-22 sentyabr tarixlərində “Boulevard Hotel Baku”da I Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları “Gift&Promo Fair 2018” sərgisi keçirilir. Sərgidə “ABAD” publik hüquqi şəxs də öz stendi ilə təmsil olunur. Tədbirin ilk günü stenddə ABADçılar tərəfindən hazırlanmış Azərbaycan mədəniyyətinə xas olan bədii sənətkarlıq nümunələri sərgi iştirakçı və zqonaqları tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. Şirkətin cari ilin may ayında təşkil etdiyi “World Food Azerbaijan 2018” sərgisində də həmçinin “ABAD” stendində ABADçılar tərəfindən istehsal olunan qida məhsulları böyük rəğbət qazanmışdır. Bu sərgidə də “World Food Azerbaijan 2018” sərgisində də olduğu kimi "ABAD"ın iştirakı "Paşa Holdinq"in dəstəyi ilə baş tutub.  “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs Prezident İlham Əliyevin 23 sentyabr tarixli fərmanına əsasən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb. Məqsəd - Azərbaycanın sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək üçün sosial yönümlü layihələrin həyata keçirilməsidir. “ABAD”ın fəaliyyətinin prioritet istiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək verməkdir.


“ABAD” gələcək zərgərlər yetişdirir

Quba “ASAN həyat” kompleksində fəaliyyət göstərən “ABAD” Məktəb milli zərgərlik sənətinə yiyələnmək istəyən gənclərə zərgərlik üzrə peşəkar təlimlərə start verib. Təlimlər zamanı tələbələr dekorativ-tətbiqi xalq sənətkarlığı üzrə işləyən rəssam və ustadların əl işləri ilə tanış olacaq, zərgərlik sənətinin tarixçəsini öyrənəcək, habelə metalın bədii emalında istifadə olunan texnoloji yeniliklər haqqında ətraflı məlumat eldə edəcəklər. Tədrisdə zərgərlik sahəsini öyrənən tələbələr yalnız metal deyil, həmçinin digər material və alətlərlə tanış olacaq, müxtəlif zərgərlik texnikaları üzrə biliklərə də yiyələnəcəklər. “ABAD” Məktəbdə zərgərlik təlimlərini bitirən şəxslər sərbəst fəaliyyəti üçün sertifikat əldə edəcək, eyni zamanda “ABAD”la müqavilə bağlayaraq məhsullarını hazırlayıb “ABAD” etno-butiklərində satışa çıxarmaq imkanı qazanacaqlar. Məktəbdə daha çox gümüşdən hazırlanan zinət əşyaları təqdim olunacaq. Əlavə olaraq “ABAD” Məktəbdə qiymətli təbii qaşlardan ənənəvi təsbehlər hazırlanması üçün də şərait yaradılıb. Təlimlər peşəkar ABADçı-zərgərlər tərəfindən keçiriləcək. Qeyd edək ki, Quba ""ABAD" Məktəbi 2017-ci ilin 7 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevin iştirakı ilə baş tutub. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılır, təlimlər keçirilir. Nəzərinizə çatdıraq ki, məktəbin maddi-texniki təchizatı "Paşa Holdinq"in dəstəyi ilə təmin edilib.  


Qida texnoloqu vakansiyası üzrə işçi axtarılır

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxs Layihələrin idarə edilməsi, logistika və keyfiyyətə nəzarət departamentində qida texnoloqu vəzifəsinə vakant yer elan edir: Vəzifə öhdəlikləri: • “ABAD” publik hüquqi şəxsin dəstək verdiyi ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların (bundan sonra “ABAD”çı qida məhsullarının istehsal texnologiyalarının işlənməsi və tətbiqini təşkil etmək;• “ABAD”çı məhsullarının istehsal prosesinin texnoloji xəritələrini və reqlamentlərini hazırlamaq;• “ABAD”çıların yeni məhsullarının istehsal prosedurlarını hazırlamaq;• İstehsal prosesinin bütün mərhələlərində ABAD-çılar tərəfindən texnoloji rejimlərə riayət olunmasının monitorinqini həyata keçirmək;• “ABAD”çıların xammal və hazır məhsulunun qiymətləndirilməsini həyata keçirmək;• “ABAD”çılar tərəfindən istehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;• Ümumi gigiyena qaydalarına əməl olunması və qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək; • İstehsalata gələn xammaldan, hazırlanmış məhsullardan nümunə götürülərək analizlərin aparılması işini icra etmək; • “ABAD”çı məhsullarının hazırlanmadan öncəki və sonrakı keyfiyyət göstəricilərinin qida standartlarına uyğun olub olmadığına nəzarət etmək;• Dequstasiya prosesini hazırlamaq, aparmaq və nəticələrini təhlil etmək;• “ABAD”çı məhsullarının istehsal yerlərində operativ nəzarət və sanitar-gigiyenik tədbirlərin həyata keçirilməsini təmin etmək;• “ABAD”çı məhsullarına dair texniki sənədlərin işlənib hazırlanması və bununla əlaqədar təqdimat vermək;• Vəzifəsi üzrə direktor və departament müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.Fəaliyyətinin əsas hissəsini “ABAD” PHŞ-nin regionlarda yerləşən mərkəzlərində həyata keçirəcək.Tələblər:Ali təhsilMüvafiq sahə üzrə 2 il iş stajı(MS WINDOWS, MS OFFICE, INTERNET və s.) orta-yüksək səviyyədəİngilis dili (orta səviyyədə), rus dili (orta səviyyədə) Maraqlanan namizədlər müraciət edilən vəzifənin adını qeyd etməklə CV-lərini 20.08.2018-ci il tarixinədək a.qurbanova@abad.gov.az e-mail ünvanına göndərə bilərlər.Əlavə məlumat üçün əlaqə nömrəsi: (012) 444 74 08Qeyd: Yalnız müraciət edilən vəzifənin adını qeyd etmiş və müvafiq meyarlar üzrə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


ABADçıların coğrafi əraziləri
Astara
Astara
Bakı
Bakı
Balakən
Balakən
Füzuli
Füzuli
Gədəbəy
Gədəbəy
Gəncə
Gəncə
Göyçay
Göyçay
İmişli
İmişli
İsmayıllı
İsmayıllı
Kürdəmir
Kürdəmir
Lənkəran
Lənkəran
Masallı
Masallı
Naxçıvan
Naxçıvan
Qazax
Qazax
Qəbələ
Qəbələ
Quba
Quba
Qusar
Qusar
Saatlı
Saatlı
Şabran
Şabran
Salyan
Salyan
Şamaxı
Şamaxı
Şəki
Şəki
Siyəzən
Siyəzən
Sumqayıt
Sumqayıt
Xaçmaz
Xaçmaz
Yevlax
Yevlax
Zaqatala
Zaqatala
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar