× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Pərvanə İsmayıllı | Region: Yevlax | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Pərvanə İsmayıllı
“ABAD” ilə əməkdaşlıq edən gənc sənətkarlardan biri Bakı şəhəri sakini Pərvanə İsmayıllıdır. Pərvanə xanım ilk dəfə 1-ci sinifdə oxuyarkən sulu boya ilə rəsm əsərləri çəkib.

Sənətkarlığa həvəsi Pərvanə İsmayıllını Əzim Əzimzadə adına incəsənət kollecinə aparıb.

Kolleci bitirdikdən sonra o, təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirir.

O, rəngkarlıq janrlarında müxtəlif suvenirlər hazırlayır.

Daim ailəsinin dəstəyindən faydalanan Pərvanə xanım həmçinin müxtəlif dərnək və sərgilərdə iştirak edərək daim özünü təkmilləşdirib.

Bilik və bacarıqlarını inkişaf etdirmək, sənətkar kimi formalaşmaq və bu sahədə ailə biznesini qurmaq yolunda Pərvanə İsmayıllının növbəti addımı “ABAD” ilə əməkdaşlığa başlamaq olub.

O, “ABAD”a qoşularaq burada müxtəlif əl işlərinin hazırlanması ilə bağlı təlim keçib, həmçinin satışın təşkili istiqamətində dəstək alıb.

Hazırda onun əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.


Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar