× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: İradə Bağırova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
İradə Bağırova

Bakı sakini İradə Bağırova “ABAD”çıdır. Bakı Dəmir Yolu Nəqliyyatı Texnikumunda inşaat mühəndisliyi ixtisası üzrə təhsil alıb. Lakin daha çox kişi peşəsi hesab olunan bu işi buraxaraq fəaliyyətini dekorativ-tətbiqi sənətə həsr edib:

“Səkkiz ildir ki, incəsənətlə məşqulam. Bu ideya məndə kompüter arxasında oturarkən ağlıma batdı, İnternetdə dekupaj texnikası haqqında məlumat gördüm və səbirsizliklə bu işi təkrar etməyə çalışdım. Çətin deyil, amma çox kaloritli gəldi mənə bu iş. Və beləliklə bu həvəs salfet yapışdırmaqdan mən də yarandı.”

Daha sonra əl işlərini mərhələli şəkildə mürrəkəbləşdirən İradə xanım nöqtəli boyama, hazırda isə ən çox vitraj texnikası ilə əl işlərini yaradır.

“ABAD”dan öncə əl işlərimi Facebook vasitəsilə reallaşdırırdım. Digər əl işi sənətkarlarının məsləhəti ilə “ABAD”a qoşulmağa qərar verdim. Gördüm ki, gənc, lakin perspektivli bir qurumdur. Çox razıyam. Çünki sənət mənim üçün relaksdır, hər şeydir, hər günümdür, kainatımdır. Onunla məşqul oluram, təkmilləşirəm, “ABAD”ın sayəsində də rahat qazancımı əldə edirəm.”

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar