ABADçı: Aysel Məmmədova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
“ABAD”ın şəxsi statistikasına əsasən, Azərbaycandan yadigar
olaraq aparılan suvenir arasında liderlik bəzədilmiş armudu stəkanlardadır. Armudu
stəkanlar müxtəlif dekorativ sənət texnikaları, o cümlədən vitraj ilə milli
üslubda işlənilir. Bu səbəbdən “ABAD”a müraciət edən bir çox sənətkarlar da alıcıların
maraq dairəsində olan məhsullara üstünlük verir.
Vitraj sənətinin mahir ustalarından biri də “ABAD”çımız
Aysel Məmmədovadır. Fortepiano üzrə müəllim kimi fəaliyyət göstərən Aysel xanım
əsas işindən başqa 8 ildir ki, vitraj sənəti ilə də məşquldur.
“Vitraj rəngli şüşələr, şəffaf boya və ya işıq ötürən örtüklər
vasitəsilə hazırlanan, müxtəlif süjet və ornamentlərdən ibarət rəsm əsəridir. Mən
bu sənətlə internet vasitəsilə tanış oldum, məni cəlb etdi”.
Əl işləri təkmilləşdikcə A.Məmmədova bu işdən mənfəət
qazanmağı haqqında düşünməyə başladı. Belə ki, ilk işləri Xalça muzeyində yerləşən
suvenir güşəs və Xətai Sənət mərkəzində satışa çıxarıldı.
“ABAD” haqqında məlumat əldə etdikdən sonra bu qurum mənə
daha geniş bazarlara yol açacaq düşündüm və yanılmadım. “ABAD” brendi milli
suvenirlərin təbliği yölunda Azərbaycanda ən qabaqcıldı. İşimin gedişatından da
razıyam, hazırda milli ornamentləri daha dərindən öyrənir, öz işimi daha da irəli
aparmaq üzrə çalışıram”.
Qeyd edək ki, Aysel Məmmədovanın gözoxşayan əl işlərini
“ABAD” etno-butikləri və @abadhandicrafts səhifəsindən əldə edə bilərsiniz.