ABADçı: Aytən Yüzbaşova | Region: Bakı | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
“ABAD”
publik hüquqi şəxsin ilk növbədə ölkədə sahibkarlığın inkişafına köklənib. Buradan
dəstək alan “ABAD”çı öncə sahibkar, sonra isə müvafiq olaraq sənətkar, fermer və
s. olmalıdır.
Sahibkar-xanımlarımızdan
biri də Aytən Yüzbaşovadır. Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr
fakültəsinin məzunu olan Aytən xanım uzun müddətdir ki, bir neçə sahə üzrə öz
işini qurub. İki ildir ki, bu sahələrə milli suvenirlərlə ticarət də daxildir.
İdeya necə yarandı?
“Bir
gün mənə milli üslubda bəzədilmiş çay dəstgahı hədiyyə etdilər. O qədər bəyəndim
ki, özümə kişik bir kolleksiya yığmağı düşündüm. Məhsul axtarışında tanışlarıma
üz tutdum və iki rəssam mənə öz əl işlərini təqdm etdi. Söhbət əsnasında
onların işində yaranan problemlərdən agah oldum və nir menecer kimi öz xidmətlərimi
təklif etdim. Beləcə kiçik bir iş birliyi və MMC yarandı. Sonra bu birliyə daha
bir rəssam-xanım daxil oldu”.
İş prosesi necə baş tutur?
“Mən
bazar araşdırmalarını görürəm və onun nəticələrinə uyğun dizayn və məshullar
seçirəm. Rəssamları xammal ilə təmin etdikdən sonra məhsul hazırlanır və mən
onları “ABAD”a, digər partnyorlarıma və yaxud sifarişçiyə təhvil verməyi təmin
edirəm. Əlbəttə ki, bir hüquqi şəxs kimi rəssamların hər ay məvacibini də ödəyirəm”.
“ABAD”la iş birliyi
“Məhsullar
arasında ən çox satılan bəzədilmiş armudu stəkan və boşqab setləri olduğu səbəbindən
ən çox təqdim etdiyimiz məhsullar da elə bunlardır. Satışlarımdan razıyam, hətta
mənim üçün xoş təəcüblü bir məqam o oldu ki, hətta sərt karantin zamanı “ABAD”dan
gələn gəlir qənaətbəxş edib”.
Gələcək planlar
“Planlarım
da elə bu işin inkişafı ilə bağlıdır. İmkan yaranarsa rəssamların sayını
artıraraq bir mərkəz yaratmaq istəyərdim. Ora həm emalatxana, həm tədris-təlim,
həm şourum kimi fəaliyyət göstərərdi".