× Haqqımızda ABADçılar Məhsullar Mərkəzlər Xəbərlər Əlaqə ABAD Qarabağ ABADçı ol
ABADçı: Şənər Cəbrayılov | Region: Sumqayıt | Rəngkarlıq (vitraj, dəri, ipək və.s)
Şənər Cəbrayılov

 Sumqayıt şəhər sakini Şənər Cəbrayılov rəssamdır. O, Əziz Əzimzadə adına Rəssamlıq Məktəbinin və Azərbaycan İncəsənət və Mədəniyyət Universitetinin rəssamlıq ixtisası üzrə məzunudur.

“Ailəmizdə məndən savayı qardaşım da rəssamdır. O müəllim kimi fəaliyyət göstərir, mən isə uzun zamandır ki suvenir ölçüsündə, yəni kiçik ölçüdə rəsmlər çəkirəm.”

Şənər Cəbrayılov fəaliyyətinin ilkin mərhələlərində rəsmlərini yağlı boyalar ilə çəkirdisə, indi adətən neftlə çəkir.

“Suvenir rəsmlərini çəkib satışa çıxarmaq ideyası Vətənimizə gələn səyahətçilərin tələbatına uyğun yarandı. Bu səbəbdən təsvirlərimdə əsasən köhnə Bakını və ümumiyyətlə Azərbaycanın tarixi abidələrini əks etdirirəm.”

Artıq bir neçə müddətdir ki, Ş.Cəbrayılovun əl işləri “ABAD” etno-butiklərində də satışa çıxarılır. Rəssamın gələcək planları da elə “ABAD” və şəxsi suvenirlərinin vasitəsi ilə Azərbaycan tarixi abidələrini daha da tanıqmaqdır.

Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar
Partnyorlar